VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 

İşdən azad olunan Səbail rayon Polis İdarəsinin rəisi, polis polkovniki İlqar Mahmudovun əvəzinə yeni təyinat olub.


BAKU.WS
-in məlumatına görə, Səbail rayon Polis İdarəsinə polis polkovniki Əli İbrahimov təyin olunub. Yeni rəis yaxın günlərdə şəxsi heyətə təqdim olunacaq.

Qeyd edək ki, idarənin keçmiş rəisi İlqar Mahmudov təqaüdə göndərilib. İlqar Mahmudov vəzifədən kənarlaşdırılmış milli təhlükəsizlik naziri Eldar Mahmudovun əmisi oğludur.


Səbail rayon Polis İdarəsinin yeni rəisi polis polkovniki Əli İbrahimov isə Neftçala rayon Polis şöbəsinin rəisi vəzifəsində çalışıb.

Ziya Səccad
BAKU.WS