VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Bakıda hündürmərtəbəli binada baş verən yanğınla bağlı FHN rəsmi məlumat yayıb. 

BAKU.WS xəbər verir ki, yanğın Bakı şəhəri, Nərimanov rayonunda çoxmərtəbəli yaşayış binasında baş verib. Binanın şaxtasından keçən tüstü borusunun üzərinə çəkilmiş şüşə pambıq üzlük və içərisinə yığılmış yağ qalıqları 60 p.m sahədə yanıb.

Yanğın zamanı 2 nəfər tüstüdən zəhərlənib, 10 nəfər bina sakini, o cümlədən 4 nəfər azyaşlı təhlükəsiz əraziyə təxliyə olunub.

Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Şahin
BAKU.WS