SİZİN REKLAM BURADA!
055 213 76 73



Bakının Yasamal rayonunda intihar hadisəsi baş verib.

"Report"un xəbərinə görə, hadisə Abbas Mirzə Şərifzadə küçəsində qeydə alınıb.

1987-ci il təvəllüdlü Vəliyev Nicat Rəfael oğlu özünü yaşadığı binanın 9-cu mərtəbəsindən yerə atıb. Nəticədə o, hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı Yasamal Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.

N.Vəliyev ruhi əsəb xəstəliyindən əziyyət çəkirmiş.

BAKU.WS