VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Türkiyənin Isparta əyalətinin Yalvaç rayonunun Kırkbaş kəndi yaxınlığında hərbi təlim təyyarəsi qəzaya uğrayıb.

BAKU.WS xəbər verir ki, bu barədə Türkiyə KİV-i xəbər yayıb.

Məlumata görə, Isparta valisi Şehmus Günaydın hadisə nəticəsində 3 hərbçi həlak olduğunu bildirib.

Hadisə rayonuna çoxlu sayda hərbçi və xilasedici cəlb olunub. Vali Günaydın hava şərtləri baxımından hazırda hadisə yerinə qurudan yaxınlaşmağın qeyri-mümkün olduğunu deyib.

BAKU.WS