SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Rusiyanın Xabarovsk şəhərinin hava limanında iki təyyarə toqquşub.
 
BAKU.WS-in "Report"a istinadən verdiyi məlumata görə, "Aeroflot” aviaşirkətinə məxsus "Boeing 777” təyyarəsi uçuş zolağında hərəkət edərkən "AN-26" tipli təyyarənin qanadına toxunub.

Qəza nəticəsində hər iki təyyarəyə ziyan dəyib. Sərnişinlər arasında ölən və ya xəsarət alan yoxdur.

Şahidlərin sözlərinə görə, toqquşma "Boeing 777” təyyarəsinin pilotlarının günahı ucbatından baş verib. Hava limanı öz işini normal rejimdə davam etdirir. Hadisə ilə bağlı istintaq gedir.
 
BAKU.WS