SİZİN REKLAM BURADA!
055 213 76 73



Goranboyda evdə qaz sızmasından partlayış olub.

APA-nın Qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Dəliməmmədli qəsəbəsində qeydə alınıb.

Partlayış nəticəsində qəsəbə sakini, 1988-cı il təvəllüdlü Əsgərov Elşən I, II və III dərəcəli termik yanıq xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

BAKU.WS