SİZİN REKLAM BURADA!
055 213 76 73



Bakının Binəqədi rayonunda dəhşətli qətlin törədildiyi evin görüntüləri yayılıb.

BAKU.WS-in məlumatına görə, Space TV-də yayımlanan “Hadisə harada, Tahirə orada” verilişinin aparıcısı hadisə yerinə gedib.

Bildirilir ki, hadisə vaxtı evdə onların qızı olub. Lakin o, atasının anasının boğazını kəsərək öldürməsindən hadisədən bir qədər sonra xəbər tutub və polisə xəbər verib.

52 yaşlı Rasim Çəltikovun həyat yoldaşı 50 yaşlı Arifəni mübahisə zəminində öldürdüyü məlum olub.

Bildirilir ki, Rasim Çəltikov Binəqədi qəsəbəsi 3-cü mədən, 124-cü korpusda yerləşən evini satmaq istəyirmiş.

Lakin qadın ərinin bu istəyinə qarşı çıxıb və evi satmağa imkan verməyəcəyini deyib. Ardıcıl davam edən münaqişələrdən sonra dünən gecə saatlarında Rasim Çəltikov məlum cinayəti törədib.

O, Rusiyaya qaçmaq istəyərkən saxlanılıb.

BAKU.WS