SİZİN REKLAM BURADA!
055 213 76 73



Bakının Sabunçu rayonunda qısqanclıq zəminində qətl hadisəsi baş verib.

BAKU.WS xəbər verir ki, hadisənin baş verdiyi ərazidə yaşayan sakinlərin "Report"a verdiyi məlumata görə, 1993-cü il təvəllüdlü M.A. Xanağa qızı qonşuluqda yaşayan şəxslə həyat yoldaşına xəyanət edib.

Bunu bilən A.M-in qayınatası gəlinini qoşalülə tüfəngi ilə başından güllələyərək qətlə yetirib. Hadisə yerinə Sabunçu Rayon Polis İdarəsi və Prokurorluğunun əməkdaşları cəlb edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

BAKU.WS