SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələri noyabrın 2-də təmas xəttini keçmiş erməni əsgər Andranik Qriqoryana baş çəkib.
 
BAKU.WS-in məlumatına görə, təslim olmuş əsgərə ailəsindən məktub verilib və öz növbəsində ondan da ailəsinə çatdırılması üçün məktub götürülüb. 
 
Erməni əsgərə baş çəkmə BQXK-ın standart prosedurları çərçivəsində olub. Nümayəndələr erməninin saxlanma şəraitini müşahidə etmək məqsədi ilə Qriqoryana baş çəkib. Bununla yanaşı, əsirlikdəki şəxslərin öz ailələriylə əlaqə saxlamaq imkanı yaratmaq üçün BQXK-ın nümayəndələri vasitəçilik edib. 

Xatırladaq ki, Ermənistan Silahlı Qüvvələrinin hərbçisi Andranik Araratoviç Qriqoryan martın 22-də xidmət etdiyi hərbi hissəni tərk edərək könüllü olaraq Azərbaycan tərəfə keçib. O, bunun səbəbini mənasız yerə ölmək istəməməsi ilə izah edib.

Hadisədən sonra Ermənistanın müdafiə naziri Seyran Ohanyan mediaya açıqlamasında Andranik Qriqoryanın valideynləri ilə münasibətlərinin gərgin olduğunu deyərək erməni ictimaiyyətini aldatmağa çalışıb. 
 
Şahin Həbibov
BAKU.WS