SİZİN REKLAM BURADA!
055 213 76 73



ABŞ-da həbs edilən cənubi azərbaycanlı iş adamı Rza Zərrabı həbsxanada bıçaqlayaraq öldürmək istəyiblər.

BAKU.WS-in məlumatına görə, bu barədə Rza Zərrabın vəkili Mustafa Doğan İnal “A haber” telekanalının efirində deyib.

O bildirib ki, həbsxanada qara dərili məhkumlardan biri bıçaqla rza Zərraba hücum edib.

Digər məhkumların köməkliyi ilə Rza Zərrab ölümdən son anda xilas olub. Məhkəməsinə 15 gün qalmış iş adamını öldürmək istəyiblər.

Vəkilin sözlərinə görə, hadisədən sonra Rza Zərrabı başqa yerə köçürüblər.

“Rza Zərrabı qorxutmaq istəyirlər ki, məhkəmədə ifadəsini dəyişsin və günahkar olduğunu boynuna alsın”, - deyə vəkil bildirib.

1 həftədən çox vaxt idi ki, ABŞ tərəfi iş adamı Rza Zərrab barədə məlumat vermirdi. Buna görə, Türkiyə ABŞ-a iki nota göndərdi. Ötən gün isə iş adamı barədə rəsmi Ankara məlumatlandırılıb.

Rza Zərrab çirkli pulların yuyulmasında ittiham olunur.

BAKU.WS