SİZİN REKLAM BURADA!
055 213 76 73


 
ABŞ-ın Mayami şəhərində FTB agentləri tərəfindən tutulan azərbaycanlı iş adamı Rza Zərrabın mobil telefonu da istintaq materiallarına daxil edilib.

BAKU.WS Türkiyə mətbuatına istinadən məlumat verir ki, Zərrabın telefonunda qızıl külçələr, paçka pullar və silah-sursat şəkilləri aşkarlanıb. Sözügedən fotolar mediaya sızdırılıb. 

Qeyd edək ki, R.Zərrab iki ay əvvəl ABŞ-da həbs olunub. Zərrab çirkli pulların yuyulmasında, dövlət məmurlarına külli miqdarda rüşvət verməkdə ittiham olunur. 
 
BAKU.WS