VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Oğuz rayonunda çaqqal insanlara hücum edib.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, un Şimal-qərb bürosunun məlumatına görə, hadisə rayonun Xaçmaz kəndində qeydə alınıb.

Belə ki, həyətlərdən birinə soxulan yırtıcı 33 yaşlı Aynur İmdad qızı İbrahimovanı qolundan və ayağından yaralayıb. Çaqqal qadının səsinə gələn qonşulara da xəsarətlər yetirib.

Yaralılar Oğuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar, onlara ilkin tibbi yardım göstərilib, quduzluq əleyhinə iynə vurulub.

BAKU.WS