SİZİN REKLAM BURADA!
055 213 76 73



Azərbaycanda hoteldə xadimələrdən pul oğurlayan turist saxlanılıb.

Daxili İşlər Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, Səbail rayon Polis İdarəsi 39-cu Polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oktyabrın 5-də rayon ərazisində yerləşən otellərin birində xadimə işləyən 2 qadının çantalarından ümumilikdə 580 manat və 40 lari pul oğurlamaqda şübhəli bilinən, həmin hoteldə turist kimi qalan bir əcnəbi vətəndaş tutulub.

BAKU.WS