13,99%-dən ZAMİNSİZ, KOMİSSİYASIZ NAĞD KREDİT


Bakıda avtomobil sürücüsü kobud şəkildə qaydaları pozub.

BAKU.WS-in məlumatına görə, Füzuli küçəsi, Heydər Əliyev sarayının yaxınlığında "Bakubus"ın qəfil qarşısına çıxan avtomobil qəzalı vəziyyət yaradıb. Avtobus sürücüsü sayıqlığı əldən verməyib və qəfil əyləcə basaraq son anda qəzanın qarşısını alıb. Nəticədə avtobusda olan onlarla sərnişin qəfil yerə yıxılıb.

Təqdim olunan bu videoda avtobus sürücüsü ani olaraq əyləci basmasa qəza hadisəsi baş vercək və xeyli sərnişin yaralanacaqdı. Ancaq sürücünün peşəkarlığı nəticəsində bu baş vermir.

Şahin
BAKU.WS