VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Nicat Məna toy məclislərindən birində Rəşad Dağlı ilə aralarında baş verən dava haqqında danışıb.

BAKU.WS-in məlumatına görə, Nicat Məna Masallının Boradigah kəndində keçirilən toy mərasimində baş verənləri özü şəxsən açıqlayıb:

"Rəşadla mənim aramda heç bir dava olmayıb. Biz dostuq, sənət yoldaşıyıq. Mübahisənin səbəbi Rəşad olmayıb. Mübahisəyə səbəb açılan qafiyədən sonra mənə gənc meyxanaçıların aman verməməsidir. Mən də buna əsəbləşdiyim üçün ritmi dayandırdım. Bundan sonra Rəşad elə başa düşdü ki, mən onun qafiyəsini saxlayıram. Bu belə deyil. Sonradan Rəşədla öz aramızda anlaşdıq və bir birimizi başa düşdük".

Xatırladaq ki, Masallının Boradigah kəndində keçirilən toy mərasimində meyxanaçılar arasında dava düşüb. Meyxanaçı Rəşad Dağlı ilə Nicat Mənalı aralarındakı deyişmədən sonra əlbəyaxa olublar. Davaya səbəb isə Nicatın Rəşad Dağlının açdığı qafiyəni saxlatdırmasıdır. Buna qəzəblənən Rəşad həmkarına hücum çəkib. Nəticədə toy da yarımçıq dayandırılıb.

Nazim
BAKU.WS