İnsanların həyatını təhlükəyə atan avtobus sürücüsü sərnişindaşıma qaydalarını pozub

BAKU.WS Bakıda daha bir avtobusda sərnişindaşıma qaydalarının pozulmasını əks etdirən video yayılıb.

Videonu XəzərXəbər-in votsap nömrəsinə göndərən izləyici bildirib ki, bu mənzərə hər gün yaşanır. Bakı kəndlərinin birində lentə alınan kadrlarda marşrut avtobusu arxa qapısı açıq halda, sərnişin isə qapıdan sallanmış vəziyyətdə hərəkət edir. Bununla da, insanların həyatını təhlükəyə atan avtobus sürücüsü həm də sərnişindaşıma qaydalarını pozur.

Həmin görüntüləri təqdim edirik:

BAKU.WS