VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Türkiyənin 25 minlik ordusu Suriya torpaqlarına daxil olacaq.

BAKU.WS-in məlumatına görə, bu barədə Türkiyə KİV-i xəbər yayıb.

Məlumata görə, bu barədə qərar Qazaxıstanın paytaxtı Astanada keçirilən "Suriya zirvəsi"ndə qəbul olunub.

Zəmanətçi ölkələr — Rusiya, İran və Türkiyə razılaşıb ki, İdlib vilayətinin təhlükəsizliyini Türkiyə ordusu təmin edəcək.

Bildirilir ki, 25 minlik ordu vilayətin şimalında təhlükəsizliyə cavabdeh olacaq.

İdlibin qalan bölgələrini isə Türkiyə, Rusiya və İranın nəzarətində, Bəşər Əsədə bağlı ordu qoruyacaq.

BAKU.WS