VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Yevlax rayonunda itkin düşən uşağın kür çayında batdığı ehtimal olunur.

BAKU.WS "Report"a istinadla xəbər verir ki, rayonun Ferma deyilən ərazisində məskunlaşmış Kəlbəcər rayon sakini, 2011-ci il təvəllüdlü Hətəmzadə Orxan Fəxrəddin oğlu evindən oynamaq məqsədi ilə uzaqlaşıb.

Bir müddətdən sonra övladlarından xəbər tutmayan valideynlər onu axtarmağa başlayıblar. Sonra uşağın itməsi ilə bağlı polisə məlumat verilib. Axtarış zamanı 6 yaşlı uşağın paltarı yaxınlıqdan keçən Kür çayının kənarında tapılıb.

Ehtimal olunur ki, O.Hətəmzadə kür çayında çimərkən batıb. Hazırda Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzərət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən ehtimal dəyərləndirilərək kür çayında axtarış aparılır.

Faktla bağlı araşdırmalara başlanılıb.

BAKU.WS