32 yaşlı tibb bacısı "donuz qripi"ndən vəfat edib
Türkiyənin Amasya şəhərində tibb bacısı Minecan Tek soyuqdəymə şikayəti ilə müalicə aldığı xəstəxanada "donuz qripi" (H1N1 virusu) səbəbilə 32 yaşında dünyasını dəyişib.
BAKU.WS xəbər verir ki, bu barədə haber global məlumat yayıb.
Amasya Universiteti Sabuncuoğlu Şərəfəddin Tədris və Araşdırma Xəstəxanasında 4 ildir işləyən Minecan Tekin ölüm xəbəri xəstəxana tərəfindən paylaşılaraq, "Dəyərli həmkarımıza Allahdan rəhmət, ailəsinə və bütün səhiyyə camiəsinə başsağlığı diləyirik" ifadələri işlədilib.
6 fevralda soyuqdəymə diaqnozu ilə xəstəxanaya müraciət edən tibb bacısı evində müalicəsini davam etdirib. 9 fevralda isə nəfəs almaqda çətinlik çəkməsi səbəbilə yenidən xəstəxanaya gətirilib. İlk tibbi müdaxilədən sonra H1N1 virusuna yoluxduğu müəyyən edilib. Ürək çatışmazlığı inkişaf edən Tek reanimasiya şöbəsinə yerləşdirilsə də, vəziyyəti ağırlaşaraq bu səhər həyatını itirib.
Minecan Tek üçün xəstəxanada vida mərasimi təşkil edilib.
Oxşar xəbərlər
Sabirabad rayonunda Kür çayının məcrası genişləndi - ANBAAN VİDEO
Həmin ərazidə heç bir fövqəladə hal baş verməyib. Bu barədə BAKU.WS-in sorğusuna cavab olaraq ADSEA-dan məlumat verilib. Bildirilib ki, çayın məcrası genişləni...