VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 

Bakı Ağır Cinayətlər Məhkəməsində azərbaycanlı qadınları Dubayda fahişəliyə cəlb etməkdə təqsirləndirilən 1961-ci il təvəllüdlü Gülnarə Musa qızı Əkbərzadənin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

BAKU.WS
-in virtualaz.org saytına istinadən verdiyi məlumata görə, prosesə hakim Rauf Əliyev sədrlik edib.

Prosesdə hökm oxunub. Hökmə görə, Gülnarə Əkbərzadə barədə 3 il şərti cəza təyin olunub. O, məhkəmə zalından azadlığa buraxılıb.

Qeyd edək ki, G.Əkbərzadə 8 il ərzində hüquq-mühafizə orqanlarından gizlənməyə nail olub. Buna görə də İnterpol onu "qırmızı xətlə” axtarışa verib. G.Əkbərzadə Dubayda həbs edilib. Onun cinsi istismara məruz qoyduğu Azərbaycan vətəndaşlarının indiyədək 15 nəfərinin adını müəyyən edib. G.Əkbərzadə həmin qadınları Dubayda ayrı-ayrı otellərdə və şəxsi evlərdə satmaqla məşğul olub.

O da məlum olub ki, mütəşəkkil cinayətkar dəstənin rəhbərliyi Azərbaycandan əsasən 20-28 yaş arasında olan gənc qızları apararaq ərəblərə satırmış. G.Əkbərzadə Cinayət Məcəlləsinin 144-1.1-ci (insan alveri, yəni zor tətbiq etmək hədəsi ilə və ya zor tətbiq etməklə, hədə-qorxu və ya digər məcburetmə vasitələri ilə, oğurlama, dələduzluq, aldatma yolu ilə, təsir imkanlarından və ya zəiflik vəziyyətindən sui-istifadə etməklə, yaxud digər şəxsə nəzarət edən şəxsin razılığının alınması üçün maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər verməklə və ya almaqla, şəxsin istismar edilməsi məqsədi ilə cəlb edilməsi, əldə edilməsi, saxlanılması, gizlədilməsi, daşınması, verilməsi və ya qəbul edilməsi) maddəsi ilə ittiham olunub.

Ziya Səccad

BAKU.WS