VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Bakıda avtobus sürücüsü kobud qayda pozub.

BAKU.WS-in Whatsapp nömrəsinə göndərilən videodan göründüyü kimi avtobus sürücüsü qarşı yola çıxaraq qaydalara məhəl qoymur.

"99 XZ 438" dövlət qeydiyyat nömrəli avtobusun sürücüsü nəqliyyat vasitəsini təhlükəli şəkildə idarə edib. Sərnişinlərin və digər nəqliyyat vasitələrinin sürücülərinin həyatını təhlükəyə atan sürücünün bu addımı kameraya tuş gəlib.

BAKU.WS əməkdaşı məsələ ilə bağlı informasiyanı və videogörüntünü Bakı Nəqliyyat Agentliyinə təqdim edib. BNA-dan bildirilib ki, avtobusun üzərindəki eyniləşdirmə nömrəsinə əsasən apardığımız araşdırmaya əsasən nəqliyyat vasitəsinin 60 nömrəli marşrut xəttinə aid olduğu müəyyənləşdirilib:

"Artıq həmin xəttin müvəqqəti istismarını həyata keçirən daşıyı kobud qayda pozuntusuna yol verən sürücü ilə birgə BNA-ya çağrılıb. Bildirmək istəyirik ki, sərnişinlərin və yoldakı digər hərəkət iştirakçılarının həyatını bir başa təhlükəyə atan bu kimi kobud qayda pozuntuları yol verilməzdir. Əlbətdəki müvafiq qurumlar avtobus sürücüsünün məlum hərəkətinə lazımi hüquqi qiymət verəcəklər. BNA olaraq biz də öz səlahiyyətlərimiz çərçivəsində daşıyıcıdan sürücü barəsində tədbir görülməsini tələb edəcəyik. Bir daha qeyd edirik ki, yol hərəkəti qaydalarına əməl etməyən kobud qayda pozuntularına yol verən sürücülər ictimai nəqliyyat şəbəkəsindən kənarlaşdırılmalıdır. Avtobus sürücüsü həm peşəkarlığı həm də sərnişinlərlər münasibətdə hər kəsə nümunə olmalıdır. Ayrıca bu video çəkib təqdim edən vətəndaşa təşəkkürümüzü bildiririk. BNA ictimai nəqliyyatda mpvcud problemlərin ortaya çıxan xoşagəlməz halların aradan qaldırılmasında daim ictimaiyyətin dəstəyinə arxalanıb. Fürsətdən istifadə edib sərnişinlərimizdən xahiş edirik ki, belə xoşagəlməz halla rastlaşdıqda 141 çağrı mərkəzinə, BNA-nın facebook səhifəsinə və ya bna.az saytına müraciət etsinlər".

Şahin
BAKU.WS