SİZİN REKLAM BURADA!
055 213 76 73



Quba rayonunda qətl hadisəsi baş verib.

“ARB TV”dən BAKU.WS-ə verilən xəbərə görə, hadisə rayonun Cimi kəndində qeydə alınıb.

Kənd sakini, 37 yaşlı Alxasov Maarif həmkəndlisi, 34 yaşlı Vətən Əhmədova balta ilə xəsarət yetirib.

Xəsarət alan şəxs ölüb. Hadisənin tərəflər arasında yaranan münaqişə zəminində baş verdiyi bildirilir. Ölən V.Əhmədov ailəli olub, iki övladı var.

Faktla bağlı Quba rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırmalar aparılır.

BAKU.WS