SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Qusar rayonunda qətl hadisəsi baş verib.
 
BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Xural kəndində baş verib.
 
Kənddə keçirilən toy məclisində aralarında yaranan  mübahisə zəminində 1982-ci il təvəllüdlü kənd sakini Ağabəyov Ramik Adil oğlu həmkəndlisi Ulubəyov İlqar Aydəmir oğlunu sındırılmış şüşə butulka ilə vuraraq qətlə yetirib. 
 
Faktla bağlı Qusar rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırmalar aparılır.
 
BAKU.WS