SİZİN REKLAM BURADA!
055 213 76 73



Bu gün səhər saat 08:40 radələrində Bakının Heydər Əliyev prospektində, "Koroğlu" metro stansiyasının qarşısında qorxunc hadisə baş verib.

BAKU.WS-in məlumatına görə, hadisə şahidlərinin Milli.Az-a bildirib ki, keçid nişanı olmayan hissədən yolu keçmək istəyən təxminən 40-45 yaşlarında bir qadın yolun ortasında naməlum səbəblərdən huşunu itirərək yıxılıb.

Avtomobillərin sıx hərəkəti ilə müşahidə olunan yolda xoşbəxtçilikdən qəfil yıxılan qadına maşınla xəsarət yetirməyiblər. Ətrafdakı sərnişinlər tərəfindən dərhal yolun ortasından səkiyə çıxarılan qadına ilk yardımı da vətəndaşlar ediblər. Qadının həyati təhlükəsinin olmadığı deyilir.

BAKU.WS