VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Bakının mərkəzində dəhşətli qəza baş verib.
 
BAKU.WS-in məlumatına görə, hadisə Nərimanov rayonu ərazisində baş verib. Belə ki, Heydər Əliyev prospektində "Tofaş" markalı maşın yolun kənarında dayanan "Mercedes"ə toqquşub.
 
Hadisə nəticəsində 1 nəfər xəsarət alıb. Qəzaya səbəb kimi "Tofaş" markalı avtomobilinin yüksək sürətlə hərəkət etməsi olub. Hadisə şahidlərinin verdiyi məlumata görə, "Tofaş"ın sürücüsü qəza zamanı xəsarət alıb və dərhal yaxınlıqdakı xəstəxanaya aparılıb. 
 
Faktla bağlı araşdırma aparılır. 

Nazim Babayev
BAKU.WS