VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Türkiyədə yolda gedərkən qıc olan qadına polis yardım edib.
 
BAKU.WS-in məlumatına görə, dili boğazına qaçan yaşlı qadın Azərbaycan Qars Başkonsulluğunun qarşısında yerə yıxılıb. Polis əməkdaşı yerə yıxılan qadının ağzının kilidləndiyinivə nəfəs almaqda çətinlik çəkdiyini anlaydıqdan sonra qadının ağzını açıb. Yaşlı qadının dilinin boğazına qaçdığını görən polis əli ilə qadının dilini çıxararaq nəfəs almasına imkan yaradıb. 

Daha sonra qadının başının altına yastıq qoyan polis hadisə yerinə təcili yardım maşını çağırıb. Bir müddət istirahət etdikdən sonra özünə gələn yaşlı qadın daha sonra hadisə yerinə gələn təcili yardıma mindirilib və yaxınlıqdakı xəstəxanaya aparılıb.

Yaşlı qadının vəziyyətinin yaxşı olduğu bildirilib. Polis  əməkdaşının diqqətli olması və hadisə yerində soyuqqanlı müdaxiləsi qadını yenidən həyata qayıtmasına səbəb olub.
 
BAKU.WS