Bu gün səhər saat 08.20 radələrində "Bakı metropoliteni"nin "Nərimanov" stansiyasında daha bir sərnişin metrodakı basırıq və həddən artıq istinin, bürkünün "qurban"ı olub.
 
BAKU.WS milli.az-a istinadən xəbər verir ki, 23-25 yaşlarında xanım metroda qatar gözləyərkən qəflətən huşunu itirərək yerə yıxılıb. Ətrafdakı sərnişinlər və hadisə yerinə gəlmiş polislər xanımı təcili yardım heyətinə təhvil veriblər.
 
BAKU.WS