SİZİN REKLAM BURADA!
055 213 76 73



Bakının Heydər Əliyev prospektində dəhşətli yol nəqliyyat hadisəsi baş verib.

BAKU.WS xəbər verir ki, "Report"un hadisə yerində olan müxbirinin sözlərinə görə, biri Mercedes Galendevagen olmaqla iki maşın prospektdə ötüşüblər. Bu zaman Galendevagen yolu keçmək istəyən piyadanı vurub. Bundan sonra idarəetməni itirən maşın aşıb.

Onunla ötüşən digər maşın isə hadisə yerindən qaçıb. 

İlkin məlumata görə, hadisə nəticəsində üç nəfər dünyasını dəyişib. Qəzanı törədən avtomobil isə yanıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirlirliyinin yanğınsöndürənləri gəlib.