SİZİN REKLAM BURADA!
055 213 76 73



Türkiyədə çimərlikdə yol qəzası baş verib.

BAKU.WS –in Milli.az-a istinadən verdiyi məlumata görə, hadisə Quşadası turizm şəhərində qeydə alınıb. Sahildə idarəetməni itirən sürücü minik maşınını dincələn vətəndaşların üstünə sürüb. Daha sonra isə maşın yüksək sürətlə dənizə girib. 84 yaşlı sürücünün avtomobili dənizdə batıb.

Yol qəzası nəticəsində 1 nəfər ölüb, 2 yaşlı uşaq da daxil olmaqla 4 nəfər yaralanıb. Xilasetmə qüvvələri maşının dənizdən çıxarılması istiqamətində iş aparırlar.

BAKU.WS