SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakı Biznes Universitetində bir qrup tələbə ilə rəhbərlik arasında gərginlik yaşanıb.

Bu barədə məlumat BAKU.WS-in "qaynar xətti"nə daxil olub.

Bildirilib ki, buna səbəb saqqal saxlayan oğlanların dərsə buraxılmaması olub. Məsələ ilə bağlı sözügedən təhsil ocağı ilə əlaqə saxladıq. 

Universitetin mətbuat xidmətindən BAKU.WS-ə açıqlamada bildirildi ki, bu Bakı Biznes Universitetinin daxili qaydasıdır və hər il, ildə bir neçə dəfə tələbələrə belə bir xəbərdarlıq edilir. Dərslərə isə heç bir maneə törətmir.

BAKU.WS