SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Bakıda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.
 
BAKU.WS-in APA-ya istinadən verdiyi məlumata görə, hadisə Nobel prospektində qeydə alınıb. Prospektdə avtobusdan düşərək, yolu keçmək istəyən piyadanı maşın vurub.
 
Füzuli rayonunun Qarğabazar kənd sakini, 42 yaşlı Şaiq İsmayılov avtobusdan piyada keçidinin olmadığı yerdə düşüb. Bu vaxt prospektlə hərəkətdə olan və 25 yaşlı Əmrahov Ramil Rasim oğlunun idarə etdiyi "Hyundai” markalı avtomobil onu vurub. Zərbə nəticəsində piyada Şaiq İsmayılov hadisə yerində dünyasını dəyişib.
 
Xətai Rayon Polis İdarəsində hadisə ilə bağlı araşdırmalar davam etdirilir. Hadisəyə "Təhlükəsiz şəhər” kameralarının görüntülərinə baxış keçirildikdən və avtotexniki ekspertizanın yekun rəyindən sonra hüquqi qiymət veriləcək.