300 min dolları ələ keçirən və Şimali Qafqaza qaçan Azərbaycan vətəndaşı tutuldu
14
apr
2019
13:58
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Şimali Qafqazda, Kabardin-Balkar Muxtar Respublikasının Leskensk rayonunda dələduzluğa görə beynəlxalq axtarışa verilmiş Azərbaycan vətəndaşı tutulub.BAKU.WS Virtualaz.org-a istinadla xəbər verir ki, həmin şəxs “Urux” federal nəzarət-buraxılış məntəqəsində əl keçib.Bu şəxs xüsusilə iri məbləğdə dələduzluğa görə Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən beynəlxalq axtarışa verilib. Onun dələduzluq əməli nəticəsində dəymiş ziyan 284 min dollardan çoxdur. Şəxsin barəsində Azərbaycanda qiyabi olaraq həbs qətimkan tədbiri seçilib.Leskensk rayon prokurorluğu yerli məhkəməyə bu şəxsin həbs edilməsi barədə vəsadət verib, məhkəmə vəsadəti təmin edib. Hazırda şəxsin barəsində ekstradisiya materialları Kabardin-Balkar prokurorluğuna göndərilmək üçün hazırlanır. Oradan isə materiallar Rusiya Baş Prokurorluğuna göndəriləcək. Ekstradisiyaya qədər həmin şəxs Kabardin-Balkar təcridxanasında saxlanılacaq.BAKU.WS
Oxşar xəbərlər
Azərbaycanlı qadınları Rusiyaya satan şəxs həbs edildi
Azərbaycanlı qadınları Rusiyada və Ukraynada cinsi istismara məruz qoyan 1977-ci il təvəllüdlü Elçin Heydərovun barəsində həbs-qətimkan tədbiri seçilib.BAKU.WS...