30 yaşlı qadın kanalda batdı: Axtarışlarına başlanılıb - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
13 iyul 2023-cü il tarixində Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Yuxarı Qarabağ kanalının Ağcabədi şəhəri ərazisindən keçən hissəsində bir nəfərin batması barədə məlumat daxil olub.
Bununla bağlı FHN məlumat yayıb.
Məlumatla əlaqədar dərhal hadisə yerinə cəlb edilən Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu kanalda batması ehtimal edilən 1993-cü il təvəllüdlü Sahilə Novruz qızı Qurbanovanın axtarışlarına başlayıblar.
Hazırda vətəndaşın batdığı ehtimal edilən istiqamətlərdə axtarış-xilasetmə tədbirləri davam etdirilir.
Oxşar xəbərlər
Samur-Abşeron kanalında batan yeniyetmənin meyiti tapılıb - FOTO/VİDEO + YENİLƏNİB
Ötən gün Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Xanarx kanalının Xaçmaz rayonunun Armudpadar kəndi ərazisindən keçən hissəsində 1 nəfərin ba...