3 saylı uşaq evində nöqsanlar aşkarlanıb
Yeniliklərdən dərhal xəbərdar olun
3 saylı uşaq evində yeməkxanaya baxış zamanı bəzi ərzaq məhsullarının saxlanma qaydalarına, yataqxana korpusunun bəzi otaqlarında isə təmizliyə riayət edilmədiyi aşkar olunub.
Bu İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsmanın) Milli Preventiv Qrupunun (MPQ) üzvləri tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin 2 və 3 saylı uşaq evlərinə başçəkmələr zamanı müəyyən edilib.
Başçəkmələr zamanı müəssisələrin yataqxana, yeməkxana, tibb, sinif otaqları və digər inzibati otaqlarına baxış keçirilib, uşaqların asudə vaxtının təşkili, qidalanma, içməli su təminatı və sənədləşmə işləri araşdırılıb.
MPQ üzvləri hər iki müəssisənin sakinlərini qəbul edib, rəftar məsələləri və saxlanma şəraiti araşdırılıb. Söhbət aparılan bəzi uşaqlar həmin müəssisələrdə istilik sisteminin işləməsinə baxmayaraq, onlara soyuq olduğunu bildiriblər.
Uşaqlara Ombudsman təsisatı tərəfindən hazırlanmış maarifləndirici bukletlər paylanılıb, hüquqları izah edilib.
Yekunda müəssisələrdə mövcud şəraitin daha da təkmilləşdirilməsi ilə bağlı uşaq evlərinin rəhbərlərinə tövsiyələr verilib.
Oxşar xəbərlər
Bir yumruqla qətl hadisəsi: Canlı yayımda elə söz dedi ki...
Gəncə şəhərində 1998-ci il təvəllüdlü Elmar şəxsi münasibətlər zəminində münaqişə zamanı 1983-cü il təvəllüdlü Sahibi qətlə yetirib. BAKU.WS “teleqraf.com”a ist...