3 il əvvəl törədilmiş ağır cinayətin istintaqı tamamlanıb
3 il əvvəl ağır cinayət törətmiş şəxs ifşa olunaraq cinayət məsuliyyətinə cəlb edilib.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə Oğuz Rayon Prokurorluğundan bildirilib.
Bildirilib ki, Oğuz rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə istintaqı aparılan cinayət işi tamamlanıb.
İstintaqla, 1973-cü il təvəllüdlü Mübariz Sultanovun qisas niyyəti ilə cəzalandırmaq məqsədilə 2021-ci il dekabrın 24-də gecə vaxtı Qəbələ rayonunun Böyük Əmilli kənd sakini, 1975-ci il təvəllüdlü Bəxtiyar Salahovu yaşadığı evə kimi izləməsi, həyətə daxil olduqdan sonra onun sərxoş vəziyyətdə olmasından istifadə edərək dəhrə ilə xəsarətlər yetirməsi, nəticədə Bəxtiyar Salahovun növbəti gün həmin xəsarətlərdən müalicə aldığı xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib.
Mübariz Sultanova Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə ittiham elan olunaraq barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Cinayət işi üzrə ittiham aktı təsdiq olunaraq baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Oxşar xəbərlər
Hindistandan Almaniyaya uçan təyyarə Heydər Əliyev Aeroportuna təcili eniş edib
"Lufthansa" aviaşirkətinin Mumbai-Münxen reysini yerinə yetirən hava gəmisinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportuna təcili eniş sorğusu göndərib. Bu ba...