SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Bakının Nəsimi rayonunda güclü partlayış baş verib. 

BAKU.WS-in məlumatına görə, bu barədə hüquq-mühafizə orqanlarından sputnik-ə məlumat verilib.
 
Bildirilir ki, dəmir zibil qutusuna atılan partlayıcı qurğu partlayıb. Dünən saat 20:40 radələrində baş verən hadisə zamanı bir nəfər yaralanıb. Belə ki, "20 Yanvar" küçəsində mənzil-istismar sahəsinin əməkdaşları - 30 yaşlı Kürdəmir sakini Rauf Rəsulov və 34 yaşlı Siyəzən sakini İmamverdi Əhmədov "Man" markalı avtomobillə zibilləri daşımağa çalışıblar.
 
Lakin dəmir zibil qutularından birinin boşaldılması zamanı partlayış olub.
 
Məlumata görə, Rauf Rəsulov çoxsaylı xəsarət alıb və o. xəstəxanaya yerləşdirilib. İlkin versiyaya görə, zibil qutusuna partlayıcı qurğu naməlum şəxslər tərəfindən qoyulub və zibil daşıyanlar yaxınlaşan zaman partlayıb.

BAKU.WS