SİZİN REKLAM BURADA!
055 213 76 73


 

 

Ukraynanın paytaxtı Kiyevdə Taras Şevçenko meydanında azərbaycanlılar atəşə tutulub.


BAKU.WS-in məlumatına görə, meydanda yerləşən bazarda özlərini "Antiterror əməliyyatı” qrupunun döyüşçüləri kimi təqdim edən naməlum şəxslər satıcılara atəş açmağa başlayıb.


"Taras Şevçenko meydanındakı bazara naməlum şəxslər gəldi. Onlarla satıcılar arasında mübahisə baş verib. Daha sonra silahlılar satıcıları atəşə tutmağa başlayıb. Satıcılardan yaralananlar var və onlar xəstəxanaya aparılıblar”, - deyə Ukrayna KİV-də yayılan məlumatda qeyd olunur. Məlumata görə, silahlı hücuma məruz qalan satıcılar azərbaycanlılardır.


Hadisə yerini təhlükəsizlik qüvvələri nəzarətə götürüb.

 

BAKU.WS