13,99%-dən ZAMİNSİZ, KOMİSSİYASIZ NAĞD KREDİT

 
Lənkəranda yol polisi əməkdaşları xəstə sərnişinin həyatını xilas ediblər.

BAKU.WS-in məlumatına görə, rayonun Şirinsu kənd sakini Ruslan İbadlı idarə etdiyi minik avtomobili ilə ürək çatışmazlığından əziyyət çəkən və ağır vəziyyətdə olan xəstəni xəstəxanaya aparırmış. Lakin maşında nasazlıq yarandığından xəstəni ünvana -tibb müəssisəsinə çatdıra bilməyib. Bu zaman O, yoldan keçən polis əməkdaşını yardıma çağırıb.

Baş inspektor, leytenant Mirxəyal Hüseynov yanındakı əməkdaşla birgə xəstəni digər avtomobildən götürərək xidməti maşına əyləşdirib. Sonra isə Lənkəran rayon Mərkəzi Xəstəxanasına çatdırıb.

Həkimlər bildiriblər ki, xəstəyə vaxtında yardım göstərilməsəydi, onun həyatını xilas etmək mümkün olmayacaqdı.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:
 
BAKU.WS