Əli Əsədov Beynəlxalq Üzgüçülük Federasiyasının prezidenti ilə görüşüb
Azərbaycanın Baş naziri Əli Əsədov sentyabrın 30-da Beynəlxalq Üzgüçülük Federasiyasının prezidenti Hüseyn Əl-Müsəlləm ilə görüşüb.
Bu barədə BAKU.WS-ə Nazirlər Kabinetindən məlumat verilib.
Bildirilib ki, görüşdə Bakıda üzgüçülük idman növü üzrə ilk dəfə Dünya Kubokunun keçirilməsinin əhəmiyyəti vurğulanıb, yarışın Azərbaycanın beynəlxalq idman nüfuzunun möhkəmlənməsinə və ölkəmizdə üzgüçülüyün təşviqinə töhfə verəcəyi qabardılıb.
Qeyd olunub ki, Azərbaycanda üzgüçülüyün inkişafına göstərilən diqqət, yaradılmış müasir idman infrastrukturu və ölkəmizin beynəlxalq yarışların təşkilində qazandığı zəngin təcrübə barədə söhbət açılıb.
Beynəlxalq Üzgüçülük Federasiyası ilə əməkdaşlığın uğurla inkişaf etdiyi bildirilib, bu tərəfdaşlığın gələcəkdə daha da genişləndirilməsi ilə bağlı məsələlər müzakirə olunub.
Oxşar xəbərlər
Azərbaycan ilə Türkiyə arasında hərbi sahələr müzakirə edilib
Müdafiə naziri general-polkovnik Zakir Həsənovla Bakı Ekspo Mərkəzində keçirilən "ADEX-2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak etmək məqsədi...