SİZİN REKLAM BURADA!
055 213 76 73


 
İki gün öncə Bakı şəhərinin Ələt qəsəbəsi ərazisində - Bakı-Qazax magistralının kənarındakı "SOCAR” yanacaqdoldurma məntəqəsində baş vermiş dəhşətli yol qəzası ilə bağlı bəzi məqamlar üzə çıxıb. Bildiyiniz kimi, hadisə vaxtı "Daewoo”da olan 1992-ci il təvəllüdlü Hacızadə Rövşən Behbud oğlu və qardaşı, 1991-ci il təvəllüdlü qardaşı Hacızadə Üzeyir Beyhbud oğlu ilə onların xalası oğlu 1995-ci ildə anadan olmuş Həsənov Həsən Bayraməli oğlu vəfat edib. Maşında olan digər sərnişin, 1995-ci ildə anadan olmuş Qurbanov Nicat İsa oğlu isə ağır xəsarət alıb..

Bildirilir ki, qəzada ölən H.Həsənovla ağır yaralanmış N.Qurbanov hərbi xidməti başa vurub evə gəlirmiş. Belə ki, Hacızadə qardaşları xidməti başa vurmuş qohumlarını götürüb Bakıya gələrkən onun əsgər yoldaşı N. Qurbanovu da özləri ilə gətirmək qərarına gəliblər.

Qəzada ölən və ağır yaralanan əsgərlər ali təhsilli olub.

Xeberle.com-un məlumatına görə, qəzada ağır yaralanan Nicat Qurbanov AXCP-nin Sumqayıt şəhər təşkilatının keçmiş sədri İsa Qurbanovun oğludur.

O, hərbi xidmətini başa vuraraq evə qayıdırmış. İ. Qurbanov bildirib ki, oğlunun səhhəti yaxşılaşmağa doğru gedir.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
 
BAKU.WS