Ermənistanla sərhəddə məktəb yanır, 3 yanğınsöndürən cəlb edildi

Ermənistanla sərhəddə məktəb yanır, 3 yanğınsöndürən cəlb edildi
Hadisə 1278

 

Tovuz rayonunun Ermənistanla sərhəddə yerləşən Ağdam kəndində yanğın hadisəsi baş verib.

APA-nın qərb bürosunun xəbərinə görə, yanğın Ağdam kənd orta məktəbinin binasında qeydə alınıb. Günorta saatlarında baş verən yanğının söndürülməsi üçün əraziyə 3 yanğınsöndürən maşın və canlı qüvvə cəlb edilib.

Hazırda alovun qarşısının alınması üçün tədbirlər görülür. Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil. 

BAKU.WS

Son xəbərlər