VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Energetika naziri Natiq Əliyev dəfn olunub. DTX-nın Mədəniyyət Mərkəzində keçirilən vida mərasiminin ardından N. Əliyevin cənazəsi II Fəxri xiyabana gətirilərək torpağa tapşırılıb.
 
**** 
 
Şəhriyar adına Bakı Mədəniyyət Mərkəzində Azərbaycan energetika naziri Natiq Əliyevlə vida mərasimi başa çatıb. Mərhumun yas mərasimi Heydər məscidində keçiriləcək.  

*** 11.12
 
İstanbulda müalicə olunduğu klinikada vəfat edən energetika naziri Natiq Əliyevin cənazəsi vida mərasiminin keçiriləcəyi Bakı Mədəniyyət Mərkəzinə gətirilib.

BAKU.WS APA-ya itinadən xəbər verir ki, mərkəzin səhnəsində qoyulan cənazənin ətrafına Azərbaycan Prezidentindən və digər ünvanlardan göndərilən əklillər düzülüb.
 
Vida mərasimi saat 12.00-dan 14.00-dək keçiriləcək.
 
Mərasimin ardından N. Əliyev Fəxri xiyabanda dəfn olunacaq.
 
Qeyd edək ki, ötən həftənin sonu ürəyində problemlər yaranan nazir Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilib.
 
Daha sonra isə müalicəsini davam etdirmək üçün Türkiyəyə aparılıb.
 
N. Əliyev iyunun 8-də İstanbulun "Florence Nightingale" xəstəxanasında vəfat edib.
 
BAKU.WS