VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.99%-dən

 
Masallı rayon Hüseynhacılı kənd bələdiyyəsinin sədri Rafiq Ağayev kənd sakinlərinin ittihamlarına cavab verib.

R. Ağayev "Qafqazinfo”ya bildirib ki, kənd sakinlərinin onun barəsində səsləndirdikləri iddiaların hamısı şər-böhtandır: "Hadisəni polis araşdırır. Mən özüm polis və rayon prokurorluğuna bu barədə müraciət etmişəm. Niyə mənə şər atmaqlarının səbəbini bilmirəm. Hüquq-mühafizə orqanları bunu müəyyən edəcək.

Belə fikirləşirəm ki, bələdiyyələr kəndlərdə pay torpaqlarına görə kəndlilərin ödəməli olduğu vergilərin toplanılmasına başlayıb. Bundan əlavə, dövlət tərəfindən kəndlilərə buğda- arpa əkininə görə subsidiyalar ayrılıb. Biz də yoxlamalara başlamışıq ki, subsidiya alanlar buğda ya arpa əkirlərmi? Hesab edirəm ki, şər-böhtan bundan qaynaqlana bilər”.

Qeyd edək ki, kənd sakinləri "Qafqazinfo”ya müraciət edərək bələdiyyə sədri Rafiq Ağayevin sərxoş vəziyyətdə qadınla məscidə gəldiyini, daha sonra pivə içərək əyləndiklərini bildiriblər.
 
BAKU.WS