İcra başçısından vətəndaşlara tövsiyə - “İsrafçılığa yol verməyin”
Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyevin növbəti səyyar-qəbul görüşü Kərimbəyli və Aşağı Yağlıvənd kənd sakinləri ilə keçirilib.
"Qafqazinfo” xəbər verir ki, görüşdə rayonun xidmət təşkilatlarının və hüquq mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak edib.
Alı Alıyev qeyd edib ki, Kərimbəyli və Aşağı Yağlıvənd kəndlərinin işıq, su, qaz və yol ilə bağlı sosial problemləri tam həll olunub. Kəndlərdə məktəb, uşaq bağçası, xəstəxana, kitabxana, poçt məntəqəsi, mədəniyyət evi fəaliyyət göstərir, torpaq islahatı aparılıb, hər bir kənd sakini pay torpağı ilə təmin olunub.
Səyyar qəbulda rayonun xidmət təşkilatları rəhbərlərinin Kərimbəyli və Aşağı Yağlıvənd kəndlərində gördükləri işlərə dair hesabatları dinlənilib. Ayrı-ayrı sahələrə dair kənd sakinləri tərəfindən irəli sürülən müraciət, təklif və şikayətlər rayon İcra Hakimiyyəti başçısının göstərişi ilə yerindəcə həll edilib, digərləri isə həll edilməsi üçün nəzarətə götürülüb.
Alı Alıyev Kərimbəyli və Aşağı Yağlıvənd kəndlərində pambıqçılıq, baramaçılıq və heyvandarlığın inkişaf etdirilməsi, əhalinin bu sahənin hesabına məşğulluğunun təmin edilməsi ilə bağlı görülən işlərlə maraqlanıb.
İcra başçısı kənd sakinlərinə elektrik enerjisi və qaz və sudan istifadə zamanı israfçılığa yol verməməyi tövsiyyə edib.
Məcburi köçkünlər göstərdiyi diqqət və qayğıya görə ölkə başçısına minnətdarlıqlarını bildiriblər.
BAKU.WS
Oxşar xəbərlər
Ağdamda 72 ev dağıdılıb, 5 ev tamamilə yanıb
Aprelin 2-dən 5-dək erməni silahlı birləşmələrinin Ağdam rayonunu atəşə tutması nəticəsində rayonda dağıdılan ev və obyektlərin siyahısı hazırlanıb. BAKU.WS xəb...