Fond sədri pensiyaçıların şikayətini dinlədi

Fond sədri pensiyaçıların şikayətini dinlədi
Sosial 934

 

Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev fevralın 18-də Fondun Sumqayıt şəhər şöbəsinin inzibati binasında Sumqayıt şəhəri, Abşeron, Xızı, Qobustan, həmçinin Qubadlı rayonlarından olan məcburi dövlət sosial sığorta ödəyicilərini və pensiyaçıları qəbul edib.

BAKU.WS xəbər verir ki, Fondun struktur rəhbərlərinin iştirakı ilə keçirilən qəbul zamanı vətəndaşlar başqa dövlətlərin ərazisində qazanılmış iş müddətlərinin sığorta stajına daxil edilməsi, müvafiq arxiv sənədlərinin olmaması səbəbindən keçmiş sovet dövründə işlədikləri müddətin əmək stajlarında nəzərə alınması və digər məsələlərlə bağlı müraciət ediblər. Görüş zamanı, həmçinin dövlət qulluqçusu kimi pensiya təyin olunması, əmək pensiyasının üzərinə qulluq stajına görə əlavənin hesablanması, əyani təhsil müddətinin staja daxil edilməsi və digər məsələlər barədə təklif və şikayətlər dinlənilib.

Qəbulda, ümumilikdə, 40-dan çox vətəndaşın müraciətinə baxılıb. "Açıq qapı” şəraitində davam etdirilən görüşdə Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib, onların problemlərinin həlli ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün konkret tapşırıqlar verib. Fondun səlahiyyətlərinə aid olmayan məsələlərə dair vətəndaşlarla lazımi izahat işi aparılmaqla, aidiyyəti orqanlara müraciət edilməsi qərara alınıb.

Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən bölgələrdə vətəndaşların qəbulunun təşkilindən razı qaldıqlarını vurğulayan sakinlər, pensiyaçılara göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.

Vətəndaşların rahatlığının təmin olunması məqsədilə Dövlət Sosial Müdafiə Fondunun rəsmi internet saytında qəbula əvvəlcədən yazılmaq imkanı yaradılıb, müraciət üçün əlaqə nömrələri göstərilib, qəbulda iştirak edənlərin Fondun müvafiq rayon şöbələrinin inzibati binasının qarşısından xüsusi ayrılmış nəqliyyatla qəbulun keçirildiyi ünvana aparılıb-gətirilmələri təmin olunub.

 

BAKU.WS 

Oxşar xəbərlər

Fond göstəriciləri açıqladı

Fond göstəriciləri açıqladı

"Sığortaolunanın onlayn uçota alınması" elektron xidməti fərdi uçotun tətbiqi dairəsinin daha da genişləndirilməsinə şərait yaradıb. BAKU.WS-in məlumatına görə...

915 Sosial 12:43 02 fevral 2016

Son xəbərlər