Vəzifəli şəxsin məsciddə fahişə ilə intim münasibəti xəbərinə İcra Hakimiyyətindən AÇIQLAMA
Masallı rayon Hüseynhacılı kəndində sakinlərin hiddətinə səbəb olan hadisəni Masallı rayonun İcra hakimiyyəti məsələ ilə bağlı aydınlıq gətirib.
İctimai – siyasi və humanitar məsələlər şöbəsinin bas məsləhətçisi Hadiyev Qəşəm BAKU.WS-ə bildirib ki, kənd sakinlərinin bələdiyyə sədri Rafiq Ağayevə qarşı edilən ittiham böhtan xarakterlidir:
"Mətbuatda yazı ilə xəbərimiz var. Bu bələdiyyə sədri ilə kənd sakinlərin arasında torpaq problem olub. Bir qrup isə Rafiq Ağayevə qarşı böhtan atıb. Belə bir şey mümkün ola bilməz. Bu məsələni prokuratura ilə polis araşdırır".
Qeyd edək ki, Kənd sakinləri "Qafqazinfo”ya göndərdikləri müraciətdə bələdiyyə sədri olan Rafiq Ağayevdən şikayətçi olublar. Sakinlər bildirir ki, mayın 20-də axşam namazından sonra bələdiyyə sədri Rafiq Əliyev sərxoş vəziyyətdə yanında yüngül əxlaqlı qadınla kəndin məscidində olub:
"O, həmin qadınla birgə Allahın evində pivə içib əylənib”.
BAKU.WSOxşar xəbərlər
Azərbaycanda vəzifəli şəxsi məsciddə fahişə ilə tutdular
Masallı rayon Hüseynhacılı kəndində sakinlərin hiddətinə səbəb olan hadisə baş verib. Kənd sakinləri "Qafqazinfo”ya göndərdikləri müraciətdə bələdiyyə sədri ol...