VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
 

Masallı rayon Hüseynhacılı kəndində sakinlərin hiddətinə səbəb olan hadisəni Masallı rayonun İcra hakimiyyəti məsələ ilə bağlı aydınlıq gətirib. 

İctimai – siyasi və humanitar məsələlər şöbəsinin bas məsləhətçisi Hadiyev Qəşəm BAKU.WS-ə bildirib ki, kənd sakinlərinin bələdiyyə sədri  Rafiq Ağayevə qarşı edilən ittiham böhtan xarakterlidir: 
 
"Mətbuatda yazı ilə xəbərimiz var. Bu bələdiyyə sədri ilə kənd sakinlərin arasında torpaq problem olub. Bir qrup isə Rafiq Ağayevə qarşı böhtan atıb. Belə bir şey mümkün ola bilməz. Bu məsələni prokuratura ilə polis araşdırır".

Qeyd edək ki, Kənd sakinləri "Qafqazinfo”ya göndərdikləri müraciətdə bələdiyyə sədri olan Rafiq Ağayevdən şikayətçi olublar. Sakinlər bildirir ki, mayın 20-də axşam namazından sonra bələdiyyə sədri Rafiq Əliyev sərxoş vəziyyətdə yanında yüngül əxlaqlı qadınla kəndin məscidində olub:
"O, həmin qadınla birgə Allahın evində pivə içib əylənib”.

BAKU.WS