VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 


Səhhətində yaranan ciddi problemlərə görə Türkiyəyə aparılan Azərbaycanın energetika naziri Natiq Əliyev İstanbuldakı "Amerikan Xəstəxanası"na yerləşdirilib.

BAKU.WS report.az-a istinadən bildirir ki, Türkiyə həkimləri nazirin vəziyyətini sabit kimi qiymətləndiriblər. Bildirilib ki, N.Əliyevin müalicəsi intensiv formada davam etdirilir.

Qeyd edək ki, N.Əliyev iyunun 4-də ürək dayanması diaqnozu ilə Bakıda Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilmişdi. Həkimlərin müdaxiləsindən sonra onu həyata qaytarmaq mümkün olub. Energetika naziri xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib, ürəyinə stentlər qoyulub.

Onu müayinə etmək üçün Türkiyədən həkim briqadası çağırılıb. Azərbaycanlı həkimlərlə birlikdə aparılan müayinə və konsilumun nəticəsində N.Əliyevin müalicəsinin Türkiyədəki xəstəxanalardan birində davam etdirilməsinə qərar verilib. Nazir ötən gecə türkiyəli həkimlərin müşayiəti ilə özəl təyyarə vasitəsilə Türkiyəyə aparılıb. 
 
BAKU.WS