28 yaşlı gənc içib "102" xidmətinə zəng etdi, adam öldürəcəyini dedi

28 yaşlı gənc içib 102 xidmətinə zəng etdi, adam öldürəcəyini dedi
Hadisə 167

Daşkəsəndə kişi spirtli içki qəbul edib Daxili İşlər Nazirliyinin "102" xidmətinə zəng edərək adam öldürəcəyini deyib.

BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, hadisə rayonun Xoşbulaq kəndində baş verib.

1997-ci il təvəllüdlü kənd sakini heç bir yerdə işləməyib və içki düşkünü olub.

Onun anası Daşkəsəndəki obyektlərdən birində günü 8 manata qabyuyan işləyib. Heç bir işlə məşğul olmayan həmin şəxs anasından hər gün 7 manat alıb spirtli içki alıb içir, anlaqsız hərəkətlər edirmiş. Sonuncu dəfə o, içki qəbul edəndən sonra Daxili İşlər Nazirliyinin "102" xidmətinə zəng edib evinə tibb işçilərinin gəlməsini istəyib. Bildirib ki, əgər tibb işçiləri gəlib onu xəstəxanaya yerləşdirməsə, adam öldürəcək.

"102" xidmətinə daxil olmuş məlumat əsasında hadisə yerinə polis əməkdaşları gəliblər. Həmin şəxs polis əməkdaşlarına tabesizlik göstərib və hərəkətlərinə davam edib. Polis əməkdaşları onu şöbəyə gətirərək barəsində inzibati tədbir görüb və iş məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə o, 8 sutka həbs edilib.

Son xəbərlər