SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Paytaxt Bakıda avtobus qəzası baş verib.

BAKU.WS "Ölkə.Az"a istinadən xəbər verir ki, 96 nömrəli xətt üzrə hərəkət edən 10 TH 015 dövlət nömrə nişanlı marşrut avtobusu ilə 99 DS 966 dövlət nömrə nişanlı "Toyota Prado" markalı avtomobil toqquşub.

Şərifzadə 13 ünvanında qeydə alınan qəzada avtobusla minik avtomobili üz-üzə toqquşub. İnsident nəticəsində ciddi xəsarət alan olmayıb. Sərnişinlər avtobusdan düşürülüb. Ağ rəngli "Prado" markalı avtomobilə ciddi ziyan dəyib. Avtobusun da ön hissəsi əzilib.
 
BAKU.WS